ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri ilə görüşüm yaxşı keçib. APA-nın məlumatına görə, bunu “Tvitter”dəki səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb. O bildirib ki, E.Roys Azərbaycan, Ermənistan və Ukraynaya səfər etməyi planlaşdırır.
Qeyd edək ki, respublikaçı-konqresmen E.Roys ermənipərəst mövqeyi ilə seçilir.