Kəlbəcər girovları Xocalı soyqırımı günü məhkəməyə çıxarılacaq
12 fevral 2015 12:24 (UTC +04:00)

Kəlbəcər girovları Xocalı soyqırımı günü məhkəməyə çıxarılacaq

Kəlbəcərdə girov götürülən Dilqam Əsgərov və Şahbaz Quliyevin apellyasiya məhkəməsi fevralın 26-da keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, bunu Şahbaz Quliyevin vəkili Arkadi israelyan deyib.

 

Xatırladaq ki, ermənilərin təşkil etdiyi qondarma məhkəmə Kəlbəcərdə girov düşən Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

 

Məlumat üçün əlavə edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini zəbt edərək azərbaycanılara qarşı soyqırımı həyata keçiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar