İkili standartlar modeli
20 iyul 2013 09:38 (UTC +04:00)

İkili standartlar modeli

 

Bugün Azərbaycan yüksələn xətlə inkişaf edir və bu danılmaz fakt olaraq qalmaqdadır. Dünya dövlətlərinin Azərbaycana olan rəğbətinin artmasına və bir çox dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq ikili standartlardan çıxış etməkdə davam edirlər.

Bunun bariz nümunəsi kimi son günlərdə şahidi olduğumuz Moldovalı ombudsman Aureliya Qriqoriu və onun ətrafında cərəyan edən hadisələri göstərə bilərik. Moldovalı ombudsmanın Ermənistan parlamentində Qarabağda baş vermiş hadisələrdə erməni vəhşilikləri ilə bağlı məlum çıxışından sonra ona göstərilən təzyiqlər və hədələrə baxmayaraq Aureliya Qriqoriunun da dediyi kimi “Həqiqətə görə üzr istəmədi”. Ermənistanın onun hüquq və azadlıqlarını pozduğuna baxmayaraq Moldova dövləti öz ombudsmanının müdafiəsinə qalxmadı. Əksinə olaraq Moldova parlamentində ombudsmanın səlahiyyət müddətinin oktyabrda başa çatmasına baxmayaraq artıq indidən onun səlahiyyətlərini düzgün yerinə yetirməməsinə görə uzaqlaşdırılması tələbi ilə çıxış edənlər oldu. Bu məsələnin pik nöqtəsi isə Moldova Konstitusiya Məhkəməsinin üzvü Viktor Popanın Moldova parlamenti adından üzr istəməsi və bunun ermənilər tərəfindən əldə bayraq edilməsi oldu.

Sözsüz ki, Moldova dövləti Azərbaycanla münasibətlərini qarşılıqlı əməkdaşlıq istiqamətində qurmaqdadır lakin baş vermiş bu insidentdə dövlətin susma mövqeyində durması onun öz ombudsmanına, öz vətəndaşına qarşı mövqeyinin açıq göstəricisidir. Belə məsələlərin təkrarlanmasının artıq bir neçə dəfə şahidi olmuşuq hər dəfə bunun izahı güclü erməni diasporu və bu kimi bəhanələrlə izah edilməkdədir.

Bugün Azərbaycan həqiqətlərinin beynəlxalq arenada hətta məhz İrəvan parlamentindən belə çatdırılması Azərbaycanın apardığı siyasətin nəticəsidir. Sözsüz ki, aparılan siyasətin bir parçası olaraq Azərbayan gənclərinin yaşadığı ölkələrdə Azərbaycan həqiqətlərinin bu ölkənin vətəndaşlarına çatdırılması yönündə gördüyü işlər də böyük əhəmiyyət kəsb etməkdədir. Muasir dövrümüzdə ikili standartlardan çıxış edən dövlətlərdə gənclərin Azərbaycan həqiqətlərinin çatdırılması yönündə gördüyü işlər sözsüz ki, bu yöndə həmin dövlətlərin ikili standartlardan çıxış edərək həyata keçirtdikləri fəaliyyətlərinin aradan qaldırılmasına yönəlmişdir. Bu işlərin nəticəsi kimi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə məhz bu ölkələrin nümayəndələri tərəfindən çatdırılması Azərbaycanın haqq işinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Hümbətov Tural

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B. Baş katib

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar