Respublikaçı Alternativ (REAL) Hərəkatının quruculardan biri olan Erkin Qədirli öz doğum günündə vəzifəsindən kənarlaşdırılıb. Lent.az-aın məlumatına görə, REAL-ın İdarə Heyətinin keçmiş sədri E. Qədirli 1972-ci il, mayın 13-də Gəncədə anadan olub. Bu gün REAL-ın məclis başqanı Erkin Qədirli 42 yaşı tamam olur.
Qeyd edək ki, Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin mayın 12-də iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda partiyalaşma ilə bağlı məsələlərlə yanaşı, REAL Məclis Başqanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub. Qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının məclis başqanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova da öncədən göndərilib.
İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alıb ki, Erkin Qədirli məclis başqanı vəzifəsindən azad edilsin.
Erkin Qədirliyə REAL Hərəkatının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə vermək hüququ 3 ay müddətinə qadağa qoyulub.