Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin iclasına qatılıb. Lent.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, baş nazir Türkiyə Böyük Millət Məclisində çıxış edərək, 1915-ci il hadisələri ilə bağlı sualları cavablandırıb. O qeyd edib ki, rəsmi Vaşinqtonun qondarma “erməni soyqırımı” ilə bağlı verəcəyi bəyanatından fərqli bir şey gözləmir: “Bəyanat yenə eyni olacaq”.
Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinə də toxunub: “Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərimiz normallaşmayacaq ”.