Elnur Aslanov: “Müxalifət niyə  Qarabağ məsələsi ilə bağlı məsələ qaldırmır?”
15 iyun 2013 13:50 (UTC +04:00)

Elnur Aslanov: “Müxalifət niyə Qarabağ məsələsi ilə bağlı məsələ qaldırmır?”

“Niyə istənilən məsələdə özlərini haqq-ədalət carçısı sayan bəzi müxalif liderlər Avropa Parlamenti qarşısında Dağlıq Qarabağ məsələsi ilə bağlı məsələ qaldırmır? Avropada görüşlər keçirən bəzi müxalif liderlər niyə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ məsələsinə cəlb etmək üçün ortaya mövqe qoymurlar?” APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

 

PA rəsmisi ASAİF, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və digər bu kimi təşkilatların xaricdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı forumlar, konfranslar, aksiyalar, piketlər keçirdiyini deyib: “Amma nədənsə Azərbaycan hakimiyyətinin siyasətindən narazı olan qruplar bir dəfə də olsun belə mövqe ortaya qoymayıblar? Biz plüralistik, demokratik və azad fikirli olan cəmiyyətdə yaşayırıq. Burada iqtidarın mövqeyini dəstəkləyənlər də ola bilər, fərqli mövqedən çıxış edənlər də. Lakin indi söhbət ümummilli məsələlərdən, mövqedən, məsuliyyətdən gedir. Niyə bəzi şəxslər o məsuliyyəti anlamını başa düşmək istəmirlər?”

 

PA rəsmisi təəssüflə bildirib ki, müxalifət liderləri 20 ildir Azərbaycan dövlətçiliyi və milli maraqlar baxımından ortaya nə bir təklif , nə bir konsepsiya, nə bir fəaliyyət qoymayıb: “İnanmıram ki, bundan sonra da belə bir təklif, konsepsiya ortaya qoya bilsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar