Elnur Aslanov: “Ermənistan öz rəhbərliyinin girovuna çevrilir”
30 avqust 2013 12:48 (UTC +04:00)

Elnur Aslanov: “Ermənistan öz rəhbərliyinin girovuna çevrilir”

 

“Ermənistan iqtisadiyyatının tənəzzülü əhalini yeni və yaxşı həyat arzusu ilə xarici ölkələrə emiqrasiya etməyə məcbur edib. Emiqrasiya prosesi bu gün də davam edir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən ASAİF-in IX Yay Forumunda çıxışı zamanı deyib.

 

O, Ermənistanın rəsmi statistik göstəricilərinə görə, son illərdə bu ölkənin əhalisinin 10 faizinin ölkə hüdudlarını tərk etdiyini deyib: “Qeyri-rəsmi mənbələrə görə isə, bu rəqəm daha yüksəkdir. Bu prosesdə gənclər daha fəaldırlar, onlar öz gələcəklərini boş yerə qurban vermək istəmirlər. Yaranmış vəziyyətin əsas səbəbi ermənilərin öz dövlətlərinə, rəhbərlərinə inamını itirməsidir. İnam isə iqtisadi fəaliyyətin əsasını təşkil edir. Əks təqdirdə nə daxili, nə xarici sərmayələri cəlb etmək qeyri-mümkündür.

 

Bu gün Ermənistan iqtisadiyyatı daxili maliyyə imkanlarının məhdudluğu, xarici kapitalın çatışmazlığı, insan kapitalının xaricə axını məsələlərinin həllində acizlik nümayiş etdirir. Ermənistan dövlət büdcəsinin mühüm hissəsi diasporun ianələri hesabına formalaşır. Bu vəsaitlər hər hansı bir fondun saxlanmasına kifayət edər, lakin Ermənistan fond deyil, o bir dövlətdir və dövlət kimi iqtisadi fəaliyyətin inkişafı hesabına öz büdcəsini formalaşdırmalıdır. Diasporun ianələrindən başqa Ermənistan real gəlir imkanlarından məhrumdur.

 

O, heç bir regional əməkdaşlıq layihəsində iştirak etmir, regional inkişafın təsirlərindən bəhrələnmir. Ermənistanın ümumi dövlət büdcəsi Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər səviyyəsindən də aşağıdır.

 

Ermənistanın bugünkü durumu onun gələcəyi haqqında obyektiv fikir formalaşdırmağa imkan verir və haqlı suallar doğurur. İqtisadi tənəzzülün doğurduğu vəziyyət siyasi müstəviyə birbaşa sirayət edir. Vətəndaşlar vaxtaşırı öz narazılığını bildirir, hazırkı iqtidara etimadsızlığını nümayiş etdirir.

 

Ermənistanın geosiyasi müstəvidə əhəmiyyətsizliyi onun yeritdiyi xarici siyasətlə sıx bağlıdır. Hər bir dövlət özü öz gələcəyini təyin edir. Ermənistan isə öz rəhbərliyinin girovuna və artıq bir dövlətin deyil, bir neçə geosiyasi mərkəzin forpostuna çevrilir. Ermənistanın bu siyasəti onun dövlət kimi iflasını, siyasi xəritədə yalnız boş ərazi kimi qalmasına səbəb olacaqdır.

 

Ermənistandan və bir sıra digər dövlətlərdən fərqli olaraq, müstəqil Azərbaycan son illərdə inkişaf strategiyasını uğurla həyata keçirir, yeni dünya nizamına inteqrasiyasını təmin edir, iqtisadiyyatının çoxşaxəli inkişafına nail olur”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484
avatar

Oxşar yazılar