APA-nın Azərbaycan XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub və xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılması və qarşılıqlı səfərlərin vacibliyi qeyd edilib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. BMT TŞ-nin münaqişə ilə bağlı məlum qətnamələri tərəfindən dərhal, qeyd şərtsiz və tam şəkildə işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu deyən nazir Elmar Məmmədyarov, Ermənistanın BMT TŞ-nin qətnamələrinə əməl etmədiyini qeyd edib. O əlavə edib ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə Konvensiyalarına zidd şəkildə Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır. Elmar Məmmədyarov Ermənistanın münaqişə ilə əlaqədar mövqeyinin beynəlxalq hüquq və məntiqdən kənar olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, eləcə də Şimali Afrika regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.