Elmar Məmmədyarov Sloveniya nümayəndə heyətini qəbul edib
30 avqust 2013 10:35 (UTC +04:00)

Elmar Məmmədyarov Sloveniya nümayəndə heyətini qəbul edib

Avqustun 29-da xarici işlər naziri Elmar Məmmədyarov Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla, Sloveniyanın müdafiə naziri Roman Jakiç, iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Sloveniya ikitərəfli münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu bildirib.

 

Xarici işlər naziri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Elmar Məmmədyarov turizm, logistika, infrastruktur kimi sahələrdə iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Zoran Yankoviç isə ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini dilə gətirib. O, Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Sloveniyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. 

 

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar