Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin müavini Sorin Dukarunu qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda həmsöhbətinə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.