Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskası qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Litvanın Avropa İttifaqında (Aİ) sədrliyə başlaması münasibəti ilə təbrikini çatdırıb.
Görüşdə Azərbaycan və Litva arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Arturas Jurauskas Litvanın Aİ-dəki sədrliyi zamanı prioritet istiqamətlərin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq, gənclərlə iş, informasiya-texnologiyaları və enerji sahələrinin olacağını söyləyib. Elmar Məmmədyarov Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib və sözügedən əməkdaşlığın strateji səviyyədə olduğunu bildirib.