Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda iki ölkə arasında münasibətlərin əhəmiyyəti qeyd edilib. Elmar Məmmədyarov isveçrəli rəsminin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini söyləyib. Ermənistan-Azərbaycan münaqişəsi haqda qarşı tərəfə məlumat verən Elmar Məmmədyarov Azərbaycan tərəfinin sülh sazişi üzərində çalışmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, status-kvo qəbuledilməzdir və münaqişənin həlli üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir.
Filippo Lombardini isə Azərbaycan qazının Avropaya Trans-Adriatik qaz kəməri vasitəsi ilə nəqli qərarını “tarixi qərar” adlandırıb.