Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün ATƏT müşahidəçilərini ölkəmizə dəvət edəcək.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O, qeyd edib ki, qanunvericiliyə əsasən, bu kimi dəvətlər seçkilərə təxminən iki ay qalmış göndərilir.
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycanın bu niyyətini alqışlayıb: “Azərbaycanın ATƏT üzvü kimi seçkiləri izləməyə təşkilatımızdan müşahidəçi dəvət etmək istəyini alqışlayırıq”.