Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikası (CAR), Mozambik və Botsvanaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun CAR, Mozambik və Botsvananın rəsmi şəxsləri ilə görüşləri və ikitərəfli əməkdaşlığın inkişafına dair sənədlərin imzalanması nəzərdə tutulur.