AXCP sədri Əli Kərimlinin bir qadınla davası gözlənilir.
Musavat.com-un məlumatına görə, AXCP üzvləri bir qadının fürsət tapıb AXCP sədri Əli Kərimlinin üstünə şığıyıb, onu söyüb təhqir edəcəyi, məktublarını cavabsız qoymaqda ittiham edəcəyi barədə məlumat veriblər.
Onlar bu hadisənin Milli Şuranın növbədənkənar sessiyasının keçiriləcəyi Müsavat Partiyasının qərargahında baş verəcəyini bildiriblər. Cəbhəçilər bu hadisəni “təxribat planı” adlandıraraq, önləyici tədbirlər gördüklərini də bildiriblər.