Əli Hüseynli: ”...məhkəməyə şikayət edə bilərlər”
21 iyun 2013 14:22 (UTC +04:00)

Əli Hüseynli: ”...məhkəməyə şikayət edə bilərlər”

Bu gün Milli Məclisdə “İcra haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Lent. az -ın verdiyi məlumata görə, sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

İndiyə qədər icra sənədinin məhkəməyə və digər orqana qaytarılması, avans ödənməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunurdu. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət edə bilərlər. Dəyişiklikdə bu müddətin 10 gündən 30 günə qaldırılması təklif olunur.

Sənəd qəbul edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar