Əli Həsənov AŞPA təmsilçiləri ilə görüşüb
20 may 2014 16:18 (UTC +04:00)

Əli Həsənov AŞPA təmsilçiləri ilə görüşüb

 

 

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Norveç və İslandiya parlamentinin üzvləri – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təmsilçiləri ilə görüşüb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Ə. Həsənov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

 

Bildirilib ki, son iki əsrdə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Baş nazirin müavini Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, münaqişə regionunda milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

 

Rəsmi Bakının münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Ə. Həsənov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür.

 

Azərbaycanın müstəqillik dövründə dinamik inkişaf etdiyini deyən avropalı qonaqlar vurğulayıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439
avatar

Oxşar yazılar