“Biz bu gün Azərbaycanın gələcəyini aydın görürük”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlərin ümumi yığıncağında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.
Əli Həsənov deyib ki, prezidentin siyasəti milli maraqlar üzərində qurulub: “Bu gün İlham Əliyevə opponentlik edənlərə baxın, görün harada dəstək axtarırlar?! İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq. O, seçkilərin yox, gəncliyin sabahını düşünür. Bu gün gəncliyin prezident İlham Əliyevi dəstəkləməsi cəmiyyətə verilmiş mesajdır”.