“Hazırda müharibə vaxtı Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyan hesablanır və bu proses başa çatmaq üzrədir”. Lent.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Beynəlxalq Qiymətləndirmə Təşkilatı tərəfindən Azərbaycana dəymiş ziyanla bağlı hesabat təsdiq edildikdən sonra Azərbaycan Ermənistandan təzminat tələb edəcək: “Ermənilər bunu bilməlidir. Bu təzminatı erməni xalqı ödəməlidir. Bu məsələ onları ciddi düşündürməlidir. Nə qədər gec deyil, Ermənistan ədalətsiz mövqeyidən əl çəkməlidir”.