Əli Əhmədov: “Günah Minsk qrupundadı..”
19 iyun 2013 13:26 (UTC +04:00)

Əli Əhmədov: “Günah Minsk qrupundadı..”

«ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı narahatlıq ifadə etməsini, bəyanatlar səsləndirməsini ümumilikdə müsbət qiymətləndirmək olar. Bu o mənada qiymətləndirilə bilər ki, böyük  dövlətlər – Minsk Qrupunun həmsədrləri münaqişəni unutmayıblar». APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov verib.

 

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli barədə bəyanatına münasibət bildirən Ə. Əhmədov deyib ki, həqiqət ondan ibarətdir ki, münaqişə 20 ildir nizama salınmayıb, 1 milyondan çox azərbaycanlı qaçqının vəziyyətində dəyişiklik baş verməyib: «Tarixi həqiqət iyirmi ildən çox müddətdə bərpa olunmayıb. Burada günahın böyük bir hissəsi öz vəzifəsinin öhdəsindən gələ bilməyən Minsk Qrupundadır. Minsk Qrupu münaqişəni həll etmək missiyasını öz üzərinə götürdükdən və 20 il ərzində  bu vəzifəsinin öhdəsindən gələ bilmədikdən sonra kimləri günahlandırmaq istəyir? Bu məntiqi sadəcə başa düşmək mümkün  deyil. Hesab edirəm ki, Minsk Qrupunun həmsədrləri münaqişəyə konkret münasibət bildirsələr, daha yaxşı olar. Bu zaman münaqişənin həlli istiqamətində daha ciddi addım atılmasına nail olmaq mümkün olardı».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar