Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov baş nazirin sabiq müavini Abbas Abbasovun bəyanatına münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Əli Əhmədov deyib ki, Abbas Abbasovun Azərbaycana qarşı çirkli işlərdə iştirak etməsi barədə müəyyən fikirlər səslənməkdədir: “Əgər bu faktlar həqiqətə uyğundursa, mən buna təəssüflənirəm. Abbas Abbasov uzun müddət yüksək dövlət vəzifədə olub. Heydər Əliyev, sonrakı dövrlərdə prezident İlham Əliyev ona böyük etimad göstərmişdi. Bütün bu etimaddan sonra əgər Abbas Abbasov Azərbaycanda Heydər Əliyev xəttinə qarşı çıxan hərəkətlər edəcəksə, addımlar atacaqsa, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Güman edirəm ki, Abbasov bundan zəruri nəticə çıxarmalıdır”.