“Eldar Namazovun ABŞ Konqresində dinləmələrdə iştirak etdikdən sonra Bakıya qayıtmalı idi. Sonra ABŞ səfirliyi Dövlət Departamentindən gələn təklifə görə Eldar Namazovdan xahiş elədilər ki, səfəri bir gün uzatsın. Ona görə, Eldar Namazovun ABŞ-a səfəri bir gün uzadıldı”. Bunu modern.az saytına politoloq Zəfər Quliyev üzvü olduğu Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun ABŞ səfəri ilə bağlı danışarkən bildirib.
Z. Quliyevin sözlərinə görə, Eldar Namazovun Departamentdə görüşlərini ABŞ-ın Azərbaycandakı səfirliyi təşkil edib.
Z. Quliyev deyib ki, bu görüşlər onlar üçün çox əhəmiyyətlidir: “Baxmayaraq ki, Bakıda Eldar Namazovun işləri çoxdur, səfər iyulun 18-də başa çatacaq. Hazırda seçki qərargahının yaradılması ilə bağlı işlər dayandırılıb”.
Qeyd edək ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov iyulun 14-də ABŞ-a səfərə yola düşüb.