Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu gün Azərbaycana rəsmi səfərə gəlir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər 2 gün davam edəcək.
Səfər çərçivəsində Əhməd Davudoğlunun prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi, baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.