Müsavat Partiyası Divanının qərarı ilə partiyanın Gənclər Təşkilatının bəzi üzvlərinə töhmət verilib. Müsavat Partiyasından APA-ya verilən məlumata görə, partiyanın mühacirətdə olan üzvü Tural Sadıqlı Gənclər Təşkilatının bəzi üzvləri tərəfindən onun ünvanına təhqir və böhtanlar səsləndirildiyini bildirərək Divana müraciət edib. Divan bu məsələni araşdırıb və müraciətdə adı keçən Vasif Sadıqbəyli, Amid Süleymanov və Ayaz Xəlilzadə cəzalandırılıb.
Cəzalandırılan şəxslərin Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasa yaxın olduqları bildirilir.