Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiyaların təmsilçilərinin toplantısında bəyanat qəbul edilib.
Lent.az-ın verdiyi məlumata görə, bəyanatda qeyd edilir ki, din dövlətdən ayrı olsa da, dindarlar vətəndən ayrı deyillər.
Bəyanatda vurğulanır ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dindarlar əsl dindar həyatı yaşamağa başlayıb. Heydər Əliyev islamın əsl mahiyyətini duyub, xalqın mənəviyyatının təkmilləşməsində rolunu qiymətləndirib: “İlham Əliyev Heydər Əliyevin uğurlu yolunu davam etdirir və biz dindarların da hüsnü-rəğbətini qazanmağa nail olub. Azərbaycanda yaşayan müsəlmanlar, xristianlar və yəhudilər dövlətin qayğısını hər zaman hiss edir. Prezident İlham Əliyev dini tolerantlığı ən böyük nemət kimi qiymətləndirir. Azərbaycanda dini dəyərlərin müdafiəsi xüsusi yer tutur. Biz dindarlar prezident İlham Əliyevə 10 illik fəaliyyətinə, dindarlara qayğısına görə təşəkkür edirik. Xalqımızı prezident seçkilərində prezident İlham Əliyevə səs verməyə çağırırıq”.
Dindarlardan prezident İlham Əliyevə dəstək BƏYANATI
1642