Deputat: “Bu şərəfsizi dünyaya gəldiyinə peşman eləmək fikrim var”
19 iyun 2013 11:22 (UTC +04:00)

Deputat: “Bu şərəfsizi dünyaya gəldiyinə peşman eləmək fikrim var”

Deputat Etibar Hüseynovun adından “facebook” sosial şəbəkəsində səhifə açıb, bir qrup adamı təhqir ediblər.

 

Bununla bağlı öz səhifəsində status yazan deputat bildirib ki, bu gün polisə müraciət edəcək: “Dünən gecə məlumat aldım ki, bir tərbiyəsiz mənim adım və fotomla səhifə acıb. Müxalif gənclərlə ən tərbiyəsiz və əxlaqsız ifadələrlə dialoqa girib. Bundan xəbər tutan kimi həmin şəxsə məktub yazıb səhifəni pozdurdum. Bu gün hüquq-mühafizə orqanlarına müraciət edib, bu şərəfsizi dünyaya gəldiyinə peşman eləmək fikrim var. Mənim adımdan kimlərsə də təhqir olunubsa, kimliyindən asılı olmayaraq-onlara üzrxahlığımı çatdırıram. Bir daha bildirmək istəyirəm ki, mən həmişə sözü üzə demişəm. Kimlərsə kimi başqa imza altında gizlənib arvad kimi mübarizə aparmamışam”.

 

Deputat yazıb ki, “facebook”da ona hədə-qorxu gələnlərə və təhqir mesajları göndərənlərə cavab vermir: “Hərə öz tərbiyəsini göstərir. Hamıya uğurlar arzu edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5521
avatar

Oxşar yazılar