DƏ-İKGF-dan APA-ya daxil olan məktubda M. Əliyevanın ictimai və dövlət xadimi kimi xidmətləri göstərilib, onun mədəniyyətlərin dialoqu prosesindəki roluna dəyər verilib, eləcə də qeyd edilib ki, nəinki müsəlman coğrafiyasında, eləcə də dünya miqyasında M. Əliyeva bir çox xanımlar üçün örnək ola bilər.
Məktubda M. Əliyevanın Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəni irsin qorunması, Azərbaycanın dünyada müsbət imicinin formalaşması, dinlərin və mədəniyyətlərin dialoqu ideyasına sadiqliyi xüsusi vurğulanıb.
DƏ-İKGF M. Əliyevanın “Sivilizasiyaların İttifaqı” beynəlxalq gənclər hərəkatına göstərdiyi dəstəyə dəyər verir, o cümlədən, Qlobal Gəncliyin İnkişafı sahəsində keçirilən ilk Forumda Birinci Səfir kimi iştirak etməsinə görə ona öz təşəkkürünü bildirir.