Davudoğlu Suriyaya döyüşə gedən azərbaycanlılardan danışdı - <span style="color:red;">YENİLƏNİB
19 fevral 2014 19:51 (UTC +04:00)

Davudoğlu Suriyaya döyüşə gedən azərbaycanlılardan danışdı - YENİLƏNİB

“Türkiyə ilə Azərbaycan arasında viza rejimi olmadığı üçün kimin hara getdiyini müəyyənləşdirmək olmur”.


 

APA-nın qərb bürosunun məlumatına görə, bunu bu gün Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündən sonda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan vətəndaşlarının Əsədə qarşı döyüşmək üçün Suriyaya Türkiyə ərazisindən keçmələri barədə iddialara münasibət bildirərkən deyib.

 

“Biz hər bir azərbaycanlını saxlayıb, hara getdiyini soruşa bilmərik. Azərbaycan tərəfi konkret faktlar təqdim edərsə, araşdırıb tədbir görə bilərik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar