Davudoğlu Con Kerri ilə “erməni soyqırımı”nı müzakirə edib
11 aprel 2014 12:12 (UTC +04:00)

Davudoğlu Con Kerri ilə “erməni soyqırımı”nı müzakirə edib

0

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.


 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı “erməni soyqırımı” məsələsi müzakirə olunub.

 

Ə.Davudoğlu qeyd edib ki, ermənilər tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihənin ABŞ Senatına təqdim edilməsi Türkiyə hökumətinin narahatlığına səbəb olub. 

 

Tərəflər həmçinin Suriya və Misirdəki proseslərə dair fikir mübadiləsi aparıblar. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 513

Oxşar yazılar