ABŞ Konqresinin üzvü Con Larson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olaraq qoşulub. Bu barədə Lent.az-a Azərbaycanın ABŞ-dakı Səfirliyindən məlumat verilib. Bununla İşçi Qrupundakı üzvlərin sayı 64-ə çatıb. Demokratlar Partiyasından olan konqresmen Larson ABŞ Konqresində Konnektikut ştatına aid seçki dairəsini təmsil edir.
2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.