Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunan sənədlərə bu gün MSK-nın iclasında baxılıb və onun namizədliyi təsdiqlənib. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, bu barədə C.Həsənlinin namizədliyini müdafiə edən seçki qərargahından məlumat verilib.
Bu xəbəri Müsavat başqanı İsa Qəmbərin müşaviri Yeganə Hacıyeva da öz Facebook statusunda təsdiqləyib.