Polşanın paytaxtı Varşavada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Lent.az-ın məlumatına görə, C. Çiçək Polşa Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı Azərbaycan torpaqlarının 20 faizinin 1992-ci ildən Ermənistanın işğalı altında olduğuna diqqət çəkib.
Bir milyon soydaşımızın Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla köçürüldüyünü xatırladan TBMM sədri deyib: “Erməni işğalına ən qısa müddətdə son qoyulmalıdır. Azərbaycanlı məcburi köçkünlər ən qısa müddətdə evlərinə dönməli, Dağlıq Qarabağ məsələsi hərtərəfli diqqətdə saxlanılmalıdır. Bu, böyük əhəmiyyət kəsb edir”.