Ötən il ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanın Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirliklərinin tabeliyində olan 16 saxlama yerinə 36 başçəkmə həyata keçiriblər. Lent.az-ın məlumatına görə, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin illik hesabatında qeyd olunub. Başçəkmələrin gedişi zamanı azadlıqdan məhrum edilmiş 137 şəxslə onların saxlama şəraitinin və onlarla rəftarın monitorinqi üçün təkbətək söhbət aparılıb. BQXK tərəfindən xarici məhkumlar və onların ailələri arasında 44 telefon zəngi təşkil edilib.
İl ərzində BQXK Dağlı Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılmış hərbi əsirlər və mülki şəxslərə başçəkmələri davam etdirib. Ötən il təşkilatın nümayəndələri Azərbaycanda saxlanılan 1 hərbi və 7 mülki şəxsə ümumilikdə 8 başçəkmə həyata keçirib. Həmçinin hakimiyyət orqanlarının müraciət əsasında və neytral vasitəçi kimi çıxış edərək saxlanılmış 2 mülki şəxsin Ermənistanda qaytarılmasına kömək edib.