Bolqarıstanın baş naziri Plamen Oreşarskinin Azərbaycana səfəri başlayıb.
APA-nın xəbərinə görə, səfər zamanı baş nazir Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini və Bakı Slavyan Universitetindəki Bolqar dili mərkəzini ziyarət edəcək.
Nümayəndə heyətinə Bolqarıstanın iqtisadiyyat naziri Draqomir Stoinev, maliyyə naziri Petr Çobanov, torpaq işləri naziri Dimitar Qrekov, nəqliyyat naziri Daniil Papazov, ətraf mühit və su ehtiyatları naziri İskra Mixaylova daxildir.