Beynəlxalq Jurnalistlər Federasiyasının 28-ci Dünya Konqresi keçirilib
10 iyun 2013 18:34 (UTC +04:00)

Beynəlxalq Jurnalistlər Federasiyasının 28-ci Dünya Konqresi keçirilib

İrlandiyanın Dublin şəhərində Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) 28-ci Dünya Konqresi keçirilib. Azərbaycandan Konqresə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli və təşkilatın xarici əlaqələr departamentinin rəhbəri Əhməd Əlili qatılıblar. Bu barədə Lent.az-a JuHİ-nin mətbuat xidmətindən məlumat verilib.

Konqresin gedişində medianın qlobal problemləri müzakirə edilib.  Xüsusi olaraq, qlobal iqtisadi böhranın media industriyasına təsiri və nəticədə etik dəyərlərə münasibətin dəyişməsi; yeni media və müəlliflik hüququ; mediada gender problemləri, jurnalist təhlükəsizliyi kimi məsələlər  diqqət mərkəzində olub, bu yöndə məruzələr dinlənilib və qiymətləndirmə aparılıb. Medianın qlobal problemləri ilə bağlı yeni çağırışlar elan edilib. 

Konqresdə BJF-nin rəhbər qurumlarına seçkilər keçirilib. Britaniya və İrlandiya Milli Jurnalistlər Birliyinin (NUJ) təmsilçisi Jim Bumelha  yenidən BJF prezidenti seçilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar