Müsbət Dəyişiklik Gənclər Hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev prezidentliyə namizədlərin seçki kampaniyasını təşkil etməyi təklif edib. Lent.az-ın məlumatına görə, B. Hacıyev bununla Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktub ünvanlayıb. Hacıyev məktubunda bildirir ki, prezident seçkilərində seçkiqabağı təşviqata dair namizədlərə təbliğat imkanı təklif edir. Burada B. Hacıyevə məxsus facebook sosial şəbəkəsində şəxsi profilində örtük fotosunun yerləşdirilməsi - 30 000 AZN, namizədin təbliğat fotosunun profil fotosu kimi yerləşdirilməsi - 20 000 AZN, namizədin təbliğat videosunun paylaşılması -15 000 AZN, namizədin təbliğat fotosunun paylaşılması - 7500 AZN, həmin profildə namizədin təbliğat statusunun paylaşılması - 5000 AZN olaraq göstərilir.
Bəxtiyar Hacıyevdən prezidentliyə namizədlərə təklif - QİYMƏTLƏR
2882