BAXCP: Gənclərə imkan yaradılmalıdır
26 avqust 2013 14:34 (UTC +04:00)

BAXCP: Gənclərə imkan yaradılmalıdır

0

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Lent. az-a partiyadan məlumat verilib. İclasda ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirə olunub.

BAXCP-nin baş katibi, seçki qərgahının sədri Söhrab Abdullayev və BAXCP-nin səlahiyyətli nümayəndəsi, beynəlxalq məsələlər üzrə katib Elçin Mirzəbəyli prezidentliyə namizəd Qüdrət Həsənquliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası barədə İdarə Heyətinin üzvlərini məlumatlandırıblar.

İdarə Heyətinin iclasında müzakirə olunan əsas məsələlərdən biri Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində dünyanın tanınmış universitetlərinə göndərilən azərbaycanlı gənclərin qarşılaşdığı problemlərlə və Azərbaycanda xarici dillərin tədrisi ilə əlaqədar yaranmış vəziyyətlə bağlı olub. BAXCP İdarə Heyəti hesab edir ki, gənclərin xaricdə təhsil almaları üçün nəzərdə tutulan prosedurlar sadələşdirilməli, süni əngəllər aradan qaldırılmalı, daha çox azərbaycanlı gəncin xaricdə təhsil almasına imkan yaradılmalıdır.

Bu baxımdan, BAXCP Azərbaycan hökumətini elektron lüğətlərin və tədris proqramlarının yaradılması üçün xüsusi dövlət proqramı qəbul etməyə və həyata keçirməyə çağırır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar