Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib
03 iyul 2013 14:24 (UTC +04:00)

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fransanın Strasburq şəhərində Avropa Şurasının “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair” Konvensiyasının (Varşava Konvensiyası) Tərəflər Konfransının 5-ci iclası və Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı 1-ci çoxtərəfli platforması çərçivəsində fəaliyyət göstərən Ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə Panelin növbəti iclası keçirilib.

 

Adıçəkilən tədbirlərdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Rəşid Mahmudov təmsil edib. Tədbirlərdə çıxış edən R.Mahmudov iştirakçılara son illər Azərbaycan prezidenti İlham Əliyev siyasi iradəsinə uyğun olaraq aparılan hərtərəfli islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti və həyata keçirilmiş digər tədbirlər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar