Səfər zamanı Azərbaycanla qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq
Fars Körfəzində yerləşən Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Rəşid Əl Zayani Azərbaycana gəlib. APA-nın ərəb mətbuatına istinadən yaydığı məlumata görə, səfər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti əsasında gerçəkləşir.
Baş katib Fələstin yardım məqsədilə sabah Bakıda keçiriləcək donor konfransında iştirak edəcək.
Onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Bundan başqa Azərbaycanla Fars Körfəzində yerləşən Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.