Bahar Muradova: “Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir”
23 avqust 2013 10:05 (UTC +04:00)

Bahar Muradova: “Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir”

“Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi qeyri-konstruktiv mövqe tutan Ermənistanın və bu ölkəyə iradə nümayiş etdirməyə imkan verməyən, müstəqil olmasına şərait yaratmayan beynəlxalq güclərin siyasətidir”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini  Bahar Muradova deyib.

 

O bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll üçün üzərinə düşən vəzifəni yerinə yetirir, danışıqlara və müzakirələrə sadiqliyini göstərir. Bununla yanaşı, digər istiqamətlərdə də ölkənin ərazi bütövlüyünün təmin olunması üçün hazırlıqlarını davam etdirir: “Çox inanmaq istərdik ki, göstərilən səylər, eləcə də ATƏT-in Minsk qrupunun və digər vasitəçi dairələrin fəaliyyəti Ermənistanı qeyri-konstruktiv yoldan çəkinməyə vadar etsin”.

 

B. Muradova onu da qeyd edib ki, Ermənistanın münaqişənin sülh yolu ilə həllində tutduğu mövqeyi yalnız təəssüf doğurur: “Bu, həm onun təcavüzkar siyasəti, həm də bölgədə maraqları olan qüvvələrin Ermənistana təsir imkanları və maraqları ilə bağlıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar