Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 23-də Türkiyə Respublikasına səfər edəcək. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak etməkdir.
Səfər aprelin 25-dək davam edəcək.