Azərbaycandakı səfirlər üçün xüsusi sərgi təşkil olunacaq
04 iyul 2013 18:33 (UTC +04:00)

Azərbaycandakı səfirlər üçün xüsusi sərgi təşkil olunacaq

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları üçün xüsusi sərgi təşkil olunacaq.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 9-da Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Milli İncəsənət Muzeyi, “Səba” ticarət markası və Artişok şirkətinin dəstəyi ilə ölkədə akkreditə olunmuş səfirlik əməkdaşları üçün “Azərbaycan İncəsənəti minilliklər boyu” adlı sərginin xüsusi təqdimatı keçiriləcək.

 

Ekspozisiyada Qədim Azərbaycanın maddi və mənəvi mədəniyyətini özündə əks etdirən tətbiqi və təsviri sənət nümunələri, Göygöl, Beyləqan, Naxçıvan, Şəki, Şamaxı və s. bölgələrdən tapılan keramika, tunc və dəmir dövrlərinə aid metal nümunələri, 12-19-cu əsrlərdə Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda, Şamaxıda hazırlanmış silahlar, döyüş əlbisələri, 18-ci əsrə aid kaşı üzlüklər, məişət və mərasim ayinləri ilə əlaqədar hazırlanmış dulusçuluq və metal əşyalar  nümayiş etdiriləcək. Bunlarla yanaşı, ekspozisiyada müxtəlif tikmə, xovlu və xovsuz xalçalar, milli qadın geyimləri, zərgərlik, bədii ağac nümunələri də nümayiş olunacaq. Təqdimat sabah 8:30-dan 21:00-dək Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482
avatar

Oxşar yazılar