Milliyətcə erməni olan Azərbaycan vətəndaşı prezidentliyə namizəd İqbal Ağazadəyə imza verib. Bu barədə Lent.az-ı Ümid Partiyasından məlumatlandırıblar.
Prezidentliyə namizəd İ. Ağazadənin Seçki Qərargahı toplanmış imzaların yoxlanılması prosesində maraqlı bir faktla qarşılaşıb. Belə ki 113 yaşlı Laçın rayon sakini Hüseynova Asiya Əmralı qızı, 103 yaşlı Kəlbəcər rayon sakini İmanova Fatma Abdulla qızı prezidentliyə namizəd İqbal Ağazadənin imza vərəqinə imza atıb. Mətbuat xidmətinin araşdırması zamanı o da bəlli olub ki, İmza verənlərdən biri də Mustafayeva Arakası Saakana milliyətcə erməni olan Azərbaycan vətəndaşıdır.