Azərbaycan və Türkiyə prezidentləri görüşdülər
12 noyabr 2013 12:55 (UTC +04:00)

Azərbaycan və Türkiyə prezidentləri görüşdülər

0

Türkiyəyə rəsmi səfərə gedən Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul edilib.


 

APA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çankaya köşkündə rəsmi qarşılama mərasimi keçirilib. İlham Əliyev və xanımı  Mehriban Əliyeva Abdulla Gül və xanımı Hayrunnisa Gül tərəfindən qarşılanıb. Rəsmi mərasimdən sonra ikitərəfli görüş başlayıb. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

 

İki gün davam edəcək səfər zamanı müxtəlif sahələrə aid sazişlər və protokollar imzalanacaq. Tərəflər regional və qlobal məsələlər ətrafında məsləhətləşmələr aparacaqlar. İ. Əliyevə A. Gül tərəfindən “Dövlət nişanı” təqdim ediləcək.  

 

Bu gün axşam Azərbaycan prezidentinin şərəfinə ziyafət veriləcək. Ziyafətə baş nazir Rəcəb Tayyib Ərdoğan da qatılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 897

Oxşar yazılar