Azərbaycan və Avstriya liderləri mətbuat konfransı keçirib
13 may 2013 22:03 (UTC +04:00)

Azərbaycan və Avstriya liderləri mətbuat konfransı keçirib

Mayın 13-də imzalanma mərasimindən sonra prezident İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı keçirib.

Lent.az-ın AzərTАc-a istinadən məlumatına görə, dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.


2011-ci ilin oktyabrında respublikamıza rəsmi səfərini xatırladan Avstriya prezidenti Haynts FİŞER bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirib. Qeyd edib ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açıb. 


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident Haynts Fişer bildirib ki, münaqişə beynəlxalq hüquq  normaları çərçivəsində həllini tapmalıdır. O, deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir və Azərbaycanda Avstriya şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.

Haynts Fişer vurğulayıb ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi vardır və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olub.


Qonaqpərvərliyə görə minnətdarlığını bildirən prezident İlham Əliyev imzalanan Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır.

Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş edirir. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxunaraq, Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışıb.

Dövlətimizin başçısı bildirib ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Dövlətimizin başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər.


Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar