Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudan Respublikasına yardım etməyə hazır olduğunu da nəzərə çatdırıb.