Azərbaycan sadiq və etibarlı tərəfdaşdır
26 iyun 2013 15:40 (UTC +04:00)

Azərbaycan sadiq və etibarlı tərəfdaşdır

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında
Azərbaycanın 2013-cü il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının
Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib.

Azərbaycanın NATO yanında nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, “28+1” formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizik, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı NATO-ya üzv ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO-nun cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək
dəyərləndiriblər.

Görüşdə digər məsələlərlə yanaşı, həmçinin regionda təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir.
Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata
keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar