Prezident İlham Əliyevin və Vyetnam prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub. Lent.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
İlham Əliyev Vyetnama dövlət səfərinin münasibətlərin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirilib.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.