Səfər Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun dəvəti əsasında gerçəkləşəcək
Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsselə səfər edəcək.APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, səfər Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun dəvəti əsasında gerçəkləşəcək. İyunun 21-də Azərbaycan prezidentinin Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşəcək. Görüşlərdə Azərbaycanla AB arasında əməkdaşlıq perspektivləri, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.