Azərbaycan nümayəndə heyəti  İrəvana getməyəcək
30 may 2013 12:43 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti İrəvana getməyəcək

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA Daimi Komitəsi və Bürosunun bu gün İrəvanda başlayacaq iclasına Azərbaycan nümayəndə heyəti qatılmayacaq.


 

Bu barədə APA-ya Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.

 

O, azərbaycanlı deputatların AŞPA-nın İrəvanda keçirilən iclaslarında iştirakdan imtina etmə səbəblərini açıqlamayıb.

 

Qeyd edək ki, İrəvanda keçiriləcək iclaslarda əsas diqqət Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərinə, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoqa ayrılacaq.

 

Daimi Komitənin iclasının gündəliyinə alternativ həbs cəzası, Avropa Şurasının 2014-2015-ci il büdcəsinin müzakirəsi də daxildir. AŞPA Avropa Sollar Qrupu iclasda “Dağlıq Qarabağ münaqişəsi 25 il sonra: Ermənistan və Azərbaycan barışdırmaq üçün Avropa Şurasının imkanları” mövzusunda müzakirələr keçirməsi təklif edib. Bu diskussiyaların tarixi iclasın gündəliyi təsdiqlənən zaman müəyyən olunacaq. 

 

Xatırladaq ki, mayın 16-da Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrlik səlahiyyətini rəsmən təhvil alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar